Xəbər və ya məktub aparıb gətirən adam; elçi, çapar. (“Koroğlu” dastanının lüğəti)
Qasid qasidin dalına düzülmüşdü. Xotkara gündə bir xəbər gəlib çatırdı. Özü də bir-birindən qara, bir-birindən bəd xəbərlər. (“Hasan paşanın Çənlibelə gəlməyi”)
*
Elə ki qasid gəlib Bayazidə çıxdı, Əhməd tacirbaşı naməni oxuyub gördü Hasan paşa yazıb. (“Koroğlunun Bayazid səfəri”)
*
Cəfər paşa naməni bir qasidə verib xotkara göndərdi, özü də hazırlıq görməyə başladı. (“Koroğlunun Ərzurum səfəri”)
*
Alma satan Koroğluynan Pərizad xanımın arasında qasidlik edirdi. Koroğlu bu eşq üstündə Pərizad xanımın qardaşını da öldürmüşdü. (Paris nüsxəsi, 8-ci məclis)